22 yaşlı qadın bu kluba məşqçi təyin olundu

22 yaşlı qadın bu kluba məşqçi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Manisa Super Həvəskar Liqasında çıxış edən “Turgutluspor” klubunda baş məşqçi vəzifəsinə 22 yaşlı Zeynep Mestan təyin olunub.
Tribuna.az xəbər verir ki, 2004-cü il təvəllüdlü mütəxəssis bununla klub tarixində ilk qadın baş məşqçi kimi adını tarixə yazdırıb. Məlumata görə, Mestan klub binasında keçirilən mərasimdə müqaviləyə imza atıb. Bildirilir ki, gənc məşqçi karyerası ərzində qadınların həvəskar futbol liqalarında çıxış edib və “Bornova” komandalarında forma geyinib.

Qeyd edək ki, “Turgutluspor” ötən mövsüm Regional Həvəskar Liqada mübarizə apararaq çempionatı 10-cu pillədə başa vurub. Məlumata görə, klub yeni mövsümdə tarixində ilk dəfə Super Həvəskar Liqada çıxış edəcək.