12 İLDƏN SONRA BU VİRUS YENİDƏN PEYDA OLDU

12 İLDƏN SONRA BU VİRUS YENİDƏN PEYDA OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın Kənd Təsərrüfatı Naziri Piet Adema ölkədəki bir fermada ölü inəkdə dəli dana virusunun olduğunu və və həmin fermanın karantinə alındığını bildirib.

Tribuna.az “GazeteDuvar”a istinadən xəbər verir ki, Hollandiya Parlamentinə təqdim etdiyi məktubda Adema sözügedən inəyin qida zəncirinə daxil olmadığını bildirərək, bu işin istehlakçıya əks etdirəcək nəticələrinin olmayacağını qeyd edib.
Hollandiyada son dəfə dəli dana xəstəliyinə 2011-ci ildə rast gəlinib.

Qeyd edək ki, tibb terminologiyasında BSE kimi tanınan və 1980-ci illərdə İngiltərədə ortaya çıxan dəli dana xəstəliyi, heyvanın ətini istehlak edən insanlarda ölümcül beyin xəstəliyinə, eləcə də heyvanlar üçün ölümcül xəstəliyə səbəb olur.