ABŞ-nin Texas ştatında yaşayan 11 yaşlı Andrew Kunz, 31 yanvar 2026-cı ildə evinin yaxınlığında oynayarkən üzərinə düşən arı pətəyi nəticəsində 400-dən çox Afrika mənşəli arı tərəfindən sancılıb.
Tribuna.az xəbər verir ki, belə dəhşətli hücumdan sağ qurtulmaq mümkün olmasa da, uşaq sağ qalmağı bacarıb.
Belə ki, çoxsaylı sancılara baxmayaraq, Andreyu şüurunu qoruyub diqqətini saxlamağı bacarıb və yardım gələnədək özünü idarə edib.
O, gücünü sevdiyi cizgi film “Dragon Ball”dakı qəhrəman Vegeta və onun bərpa texnikasını təsəvvür edərək tapdığını bildirib.
Xəstəxanaya aparıldıqdan sonra tibbi müalicə alan uşaq sağalıb. Onun belə təhlükəli vəziyyətdə göstərdiyi cəsarət və soyuqqanlılıq həkimləri və ailəsini heyrətləndirib.
Gülşən Rəsul










