100 yaşlı qadın uzun yaşamağın sirrini açdı:Azərbaycanda süfrələrin bəzəyidir

100 yaşlı qadın uzun yaşamağın sirrini açdı:Azərbaycanda süfrələrin bəzəyidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın sakini 100 yaşını qeyd edib və uzunömürlülüyünün sirrini açıb.

Bu barədə “In Your Area” məlumat yayıb.

Vinni Tiqvvel adlı qadının ad gününə qohumları və dostları tplaşıblar.

Ad günü  Nyuberi şəhərindəki qocalar üçün nəzərdə tutulan “Winchcombe Place” pansionatına keçirilib.  Qadın uzun illər şəhərin məşhur ticarət mərkəzlərindən birində işləyib. 1980-ci ildə təqaüdə çıxdıqdan sonra şəhər məhkəməsində çay barını işlədib. Müəssisənin fəaliyyətindən əldə edilən gəlir xeyriyyə işlərinə yönəldilib.

Qadının uzunömürlülük üçün ən yaxşı içki hesab etdiyi vasitə isə çaydır. “Daha çox çay için və gülüşü üzünüzdən əskik etməyin” ,- deyə günün qəhrəmanını uzun və xoşbəxt həyatın əsas səbəbini açıqlayıb.