Bakıda 2 nəfər dənizdə boğulub.
Tribuna.az lent.az-a istinadla xəbər verir ki, hadisələr Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən çimərlikdə qeydə alınıb.
25 yaşlı Gülhüseyn Muradov və 43 yaşlı Taleh Quliyev eyni gündə qeyd olunan çimərlikdə boğularaq ölüblər.









