Türkiyənin Azərbaycanda fəaliyyət göstərən sayılıb-seçilən banklarından biri olan “Ziraat bank”dan son vaxtlar şikayətlər artmaqdadır. TİA.Az məlumat verir ki, tez-tez müştərilər bankından fəaliyyətindən narazılıq edirlər. Daha bir şikayətçi Azər Şahbazdır və müştəri deyir ki, dəfələrlə bankın *9229 qaynar xətlərinə zəng edib, uzun müddət gözləyib, amma cavab verən operator olmayıb. “Hədər yerə telefonun balansından pul çıxılır. Bakomatlarında isə bir neçə dəfə ya pul olmayıb, ya da milli valyuta olmayıb deyə başqa bankomatdan pul çıxartmalı olmuşam. Buna görə də əlavə rüsum tutulub” – deyə müştəri narazılıq edib.
TİA.Az










