Zidan rəsmən Fransa millisində!

Zidan rəsmən Fransa millisində!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Futbol Federasiyası Zinəddin Zidanın milli komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Tribuna.az xəbər verir ki, 53 yaşlı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.

 

Fransa millisi 2026-cı il dünya çempionatını Didye Deşamın rəhbərliyi altında başa vurub. Təcrübəli mütəxəssis turnirdən sonra vəzifəsindən ayrılıb. Fransa mundialın 3-cü yer uğrunda oyununda İngiltərəyə 4:6 hesabı ilə uduzub.

Zidan 2021-ci ildən bəri məşqçi kimi çalışmırdı. O, daha əvvəl iki dönəmdə “Real”a rəhbərlik edib və Madrid klubu ilə 11 titul, o cümlədən 3 Çempionlar Liqası kuboku qazanıb.