16 noyabr 2022-ci il tarixdə atam Akif Curullayevin halı pisləşdiyi üçün onu Ucar Rayon Xəstəxanasına gətirdik. Həkim müayinə edib gah dedi, qan təzyizi qalxıb, gah dedi, ağciyərinə soyuq olub, gah da dedilər, infarkt keçirib, gah da dedilər ki, ürək çatışmazlığıdır. Biz atamı Bakı şəhər xəstəxanasına aparılması üçün göndəriş istəsək də, xəstəxananın direktoru Zeynal Bayramlı qanunsuz olaraq vermədi. Bir neçə saatdan sonra atam həkim savadsızlığına və səhlənkarlığına görə vəfat etdi.
Bu sözlər Tribuna.az-a Ucar rayon sakini Curullayev Kənan Akif oğlu yazdığı şikayət məktubunda qeyd edib. O bildirib ki, bu günə qədər onlar heç vaxt Ucar rayon xəstəxanasına müraciət etməyiblər:
“Buna görə bilmirdik ki, Ucar xəstəxanasında savadlı həkimlər var ya yox. Biz qonşu Göyçay rayon xəstəxanasına getsəydik indi atam həyatda olardı. Göyçay xəstəxanasında savadlı həkimlər çoxdur, orada xəstələrlə mehriban davranırlar.
Ucar rayon xəstəxanasında isə təcrübəli və savadlı həkimləri direktor Zeynal Bayramlı didərgin salıb. Xəstələr və onların yaxınları ilə Ucar xəstəxanasında kobud rəftar edirlər. Adi salamı belə pulla alırlar.
Zeynal Bayramlı Ucar xəstəxanasını çox bərbad vəziyyətə salıb.Hamı oranın fəaliyyətindən narazıdır. Zeynal Bayramlı rayonda insanlar arasında şaiyə yaydırıb ki, guya onun yuxarılarda adamı var.
Ucar xəstəxanası respublikada ən geridəqalmış, ən çox narazılıq olan xəstəxanadır. Cənab Prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirəm, atamı həkim səhlənkarlığına görə öldürən, insanların taleyi ilə oynayan dövlət xəstəxanasını viran günə qoyan direktor Zeynal Bayramlının barəsində tədbir görülməsi üçün göstəriş versinlər.
Əlaqə telefonu; (050) 538-31-77”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq .
Tribuna.az









