Zəlzələnin Türkiyəyə vurduğu ziyan… – Nə qədər zərər dəyib?

Zəlzələnin Türkiyəyə vurduğu ziyan… – Nə qədər zərər dəyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu ziyanın nəticələri ilə bağlı hər hansı bir fikir demək çox tezdir.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, bunun üçün öncə dağılan və ziyan dəyən tikililərin sayı açıqlanmalıdır:
“Düzdür, bununla bağlı fərqli məlumatlar verilir, amma bunlar hələlik bizə heç nə demir. Üstəlik həmin rəqəmlər real deyil. Əvvəlcə zəlzələdə dağılan və ziyan dəyən binaların sayı açıqlanmalıdır. Bir-iki məsələ aydındır. Məsələn, iqtisadiyyata mənfi təsir edəcək, artım tempi aşağı düşəcək, büdcə kəsiri artacaq, tikililər və bərpa üçün idxal artacaq və s. Amma bunlar ziyanla bağlı tam nəticəyə gəlməyə əsas vermir”.
Rəşad Həsənov zəlzələdən ziyan çəkənlərlə bağlı dövlətin sosial proqramlarının da olacağını vurğulayıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət  Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Son rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 20 665 nəfər ölüb, 80088 nəfər yaralanıb, onminlərlə bina dağılıb.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.