Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra Türkiyənin Kahramanmaraş vilayətində axtarış xilasetmə işləri davam edir.
Tribuna.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin 248-ci saatında gənc qız dağıntılar altından xilas edilib. Onun Kahramanmaraşın Qayabaşı məhəlləsində dağıntılar altından çıxarıldığı bildirilir.









