Türkiyədə baş verən 2023 Kahramanmaraş zəlzələləri zamanı ailəsini itirən bir atanın illərlə davam edən ümidli gözləntisi faciəvi şəkildə başa çatıb.
Tribuna.az xəbər verir ki, İslahiye rayonunda zəlzələ zamanı dağılan Gözde Apartmanı binasında ailəsini itirən Fatih Karacanın 13 yaşlı qızı İrem Karacadan uzun müddət xəbər alınmayıb. Ata qızının sağ olduğuna ümid edərək illərlə onu axtarıb və məsələ ilə bağlı şikayət edib.
Şikayət əsasında aparılan araşdırma dərinləşdirilib, məzarlar açılaraq DNT ekspertizası aparılıb.
Nəticədə məlum olub ki, İslahiyedə “kimsəsiz qadın” kimi dəfn olunan cəsəd Fatih Karacanın həyat yoldaşı Duyğu Karacaya, Adanada Duyğu Karaca adı ilə dəfn edilən cəsəd isə 13 yaşlı qızı İrem Karacaya məxsusdur.
Beləliklə, qızının sağ qalacağına ümid edən atanın illərlə davam edən gözləntisi acı həqiqətlə başa çatıb. Araşdırma təxminən bir il davam edib və nəticədə zəlzələ qurbanlarının kimliyi dəqiqləşdirilib.
Nigar İxtiyarqızı










