Zəlzələdə dağılan daha bir binanın podratçısı həbs edildi

Zəlzələdə dağılan daha bir binanın podratçısı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hatay şəhərində zəlzələdən dağılan “Tower” binasının podratçısı Cihan İnşaatın sahibi Ömər Cihan həbs edilib.

Tribuna.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, Ömər Cihan Manavgat Titreyengöldə zəlzələ qurbanlarının qaldığı oteldə saxlanılıb.

Gecəni jandarmada keçirən Cihan, proseslər tamamlandıqdan sonra Manavgat Ədliyyəsinə aparılıb.

O, daha sonra həbs edilərək həbsxanaya göndərilib.