Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə öldü

Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə ölüb.

Tribuna.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepin İslahiye bölgəsində baş verən zəlzələdən sonra 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan Burhan Polat uşaqlarının sağ-salamat olduğunu öyrənəndən sonra binadakıların köməyinə qaçıb.

Yaşadığı 6 mərtəbəli binada evlərində qapalı qalan 60-a yaxın adamı xilas edən Burhan Polat binadan çıxdıqdan sonra  dayısı Cəfər Dəmiri binadan çıxaran zaman 3-cü mərtəbənin divarı onun üstünə uçub.

 

Dağıntılar altında qalan Polat aparıldığı xəstəxanada dünyasını dəyişib.