ZƏLZƏLƏ TÜRKİYƏDƏ SEÇKİNİN NƏTİCƏLƏRİNƏ HANSI TƏSİR GÖSTƏRƏCƏK? – ŞƏRH

ZƏLZƏLƏ TÜRKİYƏDƏ SEÇKİNİN NƏTİCƏLƏRİNƏ HANSI TƏSİR GÖSTƏRƏCƏK? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugün məhz seçki öncəsi bu cür arqumentlərin ortaya atılması insanların dərdindən manipulyasiya vasitəsi kimi istifadə etməkdir.

Bu sözləri Tribuna.az-a siyasi şərhçi Züriyə Qarayeva Türkiyədə baş verən zəlzələnin qarşıdakı seçkilərə hansı formada təsir edəcəyi ilə bağlı danışarkən deyib.

Politoloq bildirib ki, bu hadisənin, hadisə nəticəsində ölkə iqtisadiyyatına dəyən zərəri Ərdoğanla bağlamaq düzgün deyil:

“Qardaş ölkədə çox dağıdıcı zəlzələ baş verdi. Demək olar ki, Cümhuriyyət tarixinin ən dəhşətli fəlakətlərindən biridir. Sonuncu dəfə belə faciə 1939-cu ildə baş vermişdi. 33 min insan həlak olmuşdu. Tələfatın miqyası böyükdür. Maddi dağntılar çox yüksək rəqəmlərlə ifadə olunur. Əlbəttə ki, Türkiyə iqtisadiyyatı bu fəalkətdən təsirlənməmiş deyil. İstər dağıntıların aradan qaldırılması, istərsə də bərpa işlərində böyük vəsait tələb olunur. Ancaq bu məsələnin Ərdoğan şəxsinə bağlanması düzgün deyil. Təbii fəaləkətlər hər zaman yaşanıb. Bundan öncəki hakimiyyətlərdə də daha böyük dağıntılar müşahidə olunub. Bugün məhz seçki öncəsi bu cür arqumentlərin ortaya atılması insanların dərdindən manipulyasiya vasitəsi kimi istifadə olunmasıdır”.