ZƏLZƏLƏ TÜRKİYƏ SEÇKİLƏRİNDƏ “TƏKANLAR”A SƏBƏB OLACAQ – NATİQ CƏFƏRLİ

ZƏLZƏLƏ TÜRKİYƏ SEÇKİLƏRİNDƏ “TƏKANLAR”A SƏBƏB OLACAQ – NATİQ CƏFƏRLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələnin ən çox hiss edildiyi, dəhşətli faciələrə yol açdığı vilayətlər, şəhərlər Kilis, Diyarbakır, Adana, Osmaniye, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Kahramanmaraş ve Hataydır. Təqribən, 13,8 mln. əhali yaşayan bölgədir, çox ağır dağıntılar və itkilər var.
Həmin şəhərlərin bələdiyyə başqalarının partiya üzvlüyünə baxsaq Kilis, Osmaniye, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Kahramanmaraş AKP-ni (bir tək Osmaniyede MHP-dir), Diyarbakır HDP-ni, Hatay və Adana isə CHP-ni təmsil edirlər.
Bu nədən önəmlidir?! Türkiyədə şəhərsalmada, binaların tikintisinə, qəbuluna görə qanunvericilikdə bələdiyyələrin çox böyük səlahiyyətləri var. Məncə, bu zəlzələnin dəhşətli görüntüləri Türkiyədə may ayında baş tutacaq seçkilərin nəticəsinə birbaşa təsir göstərəcək”.
Tribuna.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli belə deyir. Onun sözlərinə görə, bələdiyyə seçkilərinin önəmini də artıracaq, vətəndaşların şəhərlərin idarəetməsinə daha effektiv nəzarət mexanizmlərinin yaranmasına da səbəb olacaq: “Yəni bu faciənin nəticələrində ən böyük məsuliyyət AKP-də olsa da, amma hər bir partiyanın da öz günah payı var.
İnsanlar zəlzələnin qarşısını almaqda acizdilər, amma vurduğu zərəri minimuma endirmək mümkündür, buna isə şəffaf və ağılı idarəetmə ilə nail olmaq olar”.