Ticarət Nazirliyi Adanada zəlzələ bölgələrinə yardım gətirən və ya zəlzələ bölgəsindən yola çıxan vətəndaşlara baha qiymətə şorba satan yol üzərindəki istirahət obyektinə 1 milyon 860 min lirə inzibati cərimə kəsib.
Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada xatırladılıb ki, sosial şəbəkələrdə ölkədə baş verən güclü zəlzələdən sonra zəlzələ bölgələrinə yardım gətirən və ya getməyə çalışan vətəndaşlara yolüstü istirahət obyektinin baha qiymətə şorba satması ilə bağlı görüntülər var.
Bu qurumla bağlı Nazirliyə çoxlu şikayətlər edildiyinə diqqət çəkən açıqlamada, “İl Ticarət Müdirliyimiz tərəfindən hədsiz qiymət artımı çərçivəsində həyata keçirilən yoxlamalarda inzibati cəza tətbiq edilməsinə qərar verildi.









