ZELENSKİYƏ ETİRAZLAR BAŞLADI

ZELENSKİYƏ ETİRAZLAR BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri bu gün Bağdada gələrkən bir qrup iraqlı Kiyev hökumətinin əleyhinə şüarlar səsləndirib.

Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın İraqa gəlişi ilə eyni vaxtda ölkədə bir qrup şəxs əllərində Ukrayna hökumətinin əleyhinə ingilis dilində şüarlar yazılmış plakatlar tutaraq etiraz aksiyası keçirib.

Bəzi plakatlarda görünən şüarlar arasında “Zelenski Amerikanın kuklasıdır” və “NATO-ya ölüm” kimi şüarlar da yer alıb.

İraqın xarici işlər naziri Kuleba ilə keçirdiyi birgə mətbuat konfransında ukraynalı həmkarı ilə söhbətində əsas müzakirə mövzularının ikitərəfli ticarət və iqtisadi məsələlər olduğuna diqqət çəkib.