ZELENSKİ ÖLKƏSİNİ TƏRK EDİR

ZELENSKİ ÖLKƏSİNİ TƏRK EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski müharibə başlayandan bəri ilk dəfə olaraq Ukraynanı tərk edir. Amerikalı jurnalistlər onun bu gün ABŞ-da olacağı barədə xəbər yayıblar. Səfər son ana qədər gizli saxlanılıb.

Tribuna.az-ın məlumatına görə, bu barədə fikirlərini bölüşən politoloq Şahin Cəfərli bildirib ki, Zelenski Konqresin hər iki palatasının ümumi toplantısında çıxış edəcək. Prezident Baydenlə də görüş olacaq:

“Səfər proqramının başqa detalları məlum deyil. Gözlənilir ki, ABŞ-ın məhz Zelenski Vaşinqtonda olarkən Ukrayna üçün elan edəcəyi növbəti hərbi yardım paketində “Patriot” sistemi də yer alacaq”.

Nigar

Tribuna.az