Zelenski Krım körpüsünə hücumun necə həyata keçirildiyini açıqladı-VİDEO

Zelenski Krım körpüsünə hücumun necə həyata keçirildiyini açıqladı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünə hücumun bir neçə həftə davam edən və yeddi mərhələdən ibarət xüsusi əməliyyatın nəticəsi olduğunu bildirib.

Tribuna.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən hazırlanıb və əlaqələndirilib.

Ukrayna lideri bildirib ki, əsas hədəfə çatmaq üçün əvvəlcə hava hücumundan müdafiə sistemləri, radar qurğuları, radioelektron mübarizə vasitələri və digər hərbi obyektlər mərhələli şəkildə sıradan çıxarılıb.

Zelenski qeyd edib ki, əməliyyatın həlledici mərhələsində “Palyanitsa” pilotsuz uçuş aparatları körpünün avtomobil hissəsini, “Neptun” raketləri, “Ruta” dronları və FP-5 vasitələri isə dəmir yolu hissəsini hədəfə alıb.

Prezidentin sözlərinə görə, FP-5 “Flaminqo” raketi ilə həyata keçirilən zərbə idarəolunan olub və əməliyyat zamanı rabitə son saniyəyədək fasiləsiz işləyib.

Əməliyyatda ümumilikdə “Dovbush”, “Vendetta”, “Da Vinci”, “Siçen”, MICH 2000, “Ruta”, “Palyanitsa”, An-197, FP-1, FP-5 “Flaminqo” və R-360 “Neptun” sistemlərindən istifadə edildiyi bildirilib.

Qeyd edək ki, Zelenskinin açıqladığı məlumatlar Ukrayna tərəfinin təqdim etdiyi versiyadır. Əməliyyatın detalları barədə müstəqil təsdiq hələlik yoxdur

İmran Kərimli