Türkiyənin məşhur teatr və kino aktyoru Ali Sürmeli parkda sevgilisi ilə əl-ələ görüntülənib.
“Hürriyet”ə istinadən xəbər verir ki, 2020-ci ildə beyninə qan sızan və 2022-ci ildə 82 yaşlı anasının intiharı ilə sarsılan Ali Sürmeli ötən gün Kadıköydə parkların birində paparatsiyanın obyektivinə tuş gəlib.
Qeyd edək ki, 63 yaşlı Ali Sürmeli daha çox “Kurtlar Vadisi Pusu” serialında Zaza dayı, “Eşkiya Dünyaya Hükümdar Olmaz”da isə Doğan baba obrazı ilə məşhurlaşıb. Hazırda “Adım Farah” serialında Orhan Koşaner obrazını canlandırır.










