Sumqayıt şəhər İcra Hakimiyyəti Sülh prospektində və C.Məmmədquluzadə küçəsində səkilərdə abadlıq işləri üçün tender elan edib. TİA.Az məlumat verir ki, tenderi “Azərenerji Təchizat” MMC udub.
Bu məqsədlə 125 504.8 manat ayrılması nəzərdə tutulub. Ancaq iki küçənin səkilərinin abadlaşmasına bu qədər vəsaitin ayrılması da suallar doğurur.
Bu ilin yayında da Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi küçə, prospekt və parklarda abadlıq işlərinin görülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Azərenerji Təchizat” MMC olub. Qalib şirkətə 1,006 milyon manat ödənilib. Amma bəllidir ki, bu cür tenderlər korrupsiya vasitəsidir.
Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyi” Sumqayıt şəhərində küçə, prospekt və Şəhidlər xiyabanında abadlıq işlərinin satın alınması ilə bağlı elkan etdiyi tenderə yekun vurub. Tenderin qalibi yenə “Azərenerji Təchizat” MMC olub. Qalib şirkətlə 1 mln 982 min 802,82 manat dəyərində müqavilə imzalanıb. Qeyd edək ki, “Azərenerji Təchizat” MMC 26.11.2019 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Qafurzadə Xəyal Səlim oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkət Sumqayıt şəhəri, məhəllə 49 ünvanında qeydiyyatdadır.
TİA.Az









