YUNANISTANDA QATAR QƏZASINDAN SONRA NƏQLİYYAT NAZİRİ İSTEFA VERDİ

YUNANISTANDA QATAR QƏZASINDAN SONRA NƏQLİYYAT NAZİRİ İSTEFA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 38 nəfər həyatını itirib, 85 nəfər isə yaralanıb. 57 nəfərin müalicəsinin davam etdiyi bildirilib.

Tribuna.az “GazeteDuvar”a istinadən xəbər verir ki, Qəzadan sonra qatardakı sərnişinlər avtobuslarla Saloniki, Larisa və Kateriniyə aparılıb.

Qonşu Yunanıstan hökuməti qəzaya görə üç günlük milli matəm elan edərkən, Yunanıstanın nəqliyyat və infrastruktur naziri Konstantinos Karamanlis qəzadan sonra istefa verdiyini açıqlayıb.

Karamanlis deyib: “Mən bunu haqsız yerə ölən insanların xatirəsinə kiçik bir hörmət kimi etməyi öz borcum hesab etdim”. “Dəhşətli bir şey baş verəndə biz bunu olmamış kimi göstərə bilmərik”.