YUNANISTANDA İKİ QATAR TOQQUŞDU – ÖLƏNLƏR VAR(VİDEO)

YUNANISTANDA İKİ QATAR TOQQUŞDU – ÖLƏNLƏR VAR(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda sərnişin qatarı yük qatarı ilə toqquşub. İlkin təsbitlərə görə, qəzada 32 nəfər ölüb, 85 nəfər yaralanıb.

Tribuna.az NTV-yə istinadən bildirir ki, Afinadan Salonikiyə gedən sərnişin qatarı ilə Salonikidən Larissaya gedən yük qatarı Larissa şəhəri yaxınlığında toqquşub.

Larissa qubernatoru bildirib ki, şiddətli toqquşma nəticəsində sərnişin qatarının ilk dörd vaqonu relsdən çıxıb, ilk ikisi demək olar ki, tamamilə dağılıb.

Qubernator bildirib ki, təxminən 250 sərnişin avtobuslarla Selanikə təhlükəsiz şəkildə təxliyə edilib.

Yerli media qatarda 350-yə yaxın insanın getdiyini bildirib.