Yunanıstanın xarici işlər naziri Dendias Türkiyə ilə münasibətlərdə “nikbin olmaq lazımdır, eyni zamanda diqqətli olmaq və sadəlövh olmamaq lazımdır” deyib.
Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 6-da Maraş mərkəzli zəlzələlər və fevralın 28-də Tempidə baş verən qatar qəzasından sonra Türkiyə-Yunanıstan münasibətlərinin gedişatını qiymətləndirib.
Yunanıstanın SKAI televiziya kanalına danışan Dendias, “Türkiyənin uzatdığı əli müqabilində Yunanıstanın əlini uzatmaması düzgün olmaz” deyib.
“Uğur şans azdır, ancaq bu mövzuda hərəkətə keçmək milli bir vəzifədir” deyən Dendias, “Türkiyənin uzunmüddətli maraqları Yunanıstanın uzunmüddətli maraqları ilə üst-üstə düşür və liderlər eyni nəticəyə gələrsə, müsbət hal olacaq”.
Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə şəxsi münasibətlərinə də toxunan Dendias, “Ona cib telefonu ilə zəng edəndə həmişə rahat hiss edirdim və hələ də özümü rahat hiss edirəm” deyib.









