YUNANISTAN BAŞ NAZİRİ ZƏLZƏLƏDƏN SONRA İKİTİRƏFLİ ƏLAQƏLƏR BARƏDƏ DANIŞDI

YUNANISTAN BAŞ NAZİRİ ZƏLZƏLƏDƏN SONRA İKİTİRƏFLİ ƏLAQƏLƏR BARƏDƏ DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis, 11 əyalətdə baş verən zəlzələlərdən sonra ikitərəfli əlaqələrdə müsbət atmosferin Türkiyə-Yunanıstan əlaqələrinin yaxşılaşmasına səbəb ola biləcəyinə inandığını bildirib.

Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, Kozanidə mətbuat mənsublarının suallarını cavablandıran Miçotakis Yunanıstandan olan axtarış-xilasetmə qruplarının Türkiyədə həyatlarını xilas etməsindən məmnunluğunu və qürurunu dilə gətirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun ikitərəfli münasibətlərdə irəliləyiş ola biləcəyi ilə bağlı açıqlamalarını qeyd edən Miçotakis, “Bizim fikir ayrılıqlarımız var. Bunlar beynəlxalq hüquqa uyğun və mehriban qonşuluq münasibətlərinə hörmətlə yanaşaraq həll edilə bilər. Nəhayət, mən bu faciənin nümayiş etdirdiyi kimi, xalqlarımız arasında yaranan emosional bağa inanıram. Həqiqətən də inanıram. İnanıram ki, Türkiyə-Yunanıstan münasibətləri üçün bu dramdan bəlkə daha yaxşı bir şey çıxa bilər”, – deyə qeyd edib.

Yunan xalqının türk xalqına dəstəyini davam etdirəcəyinə inandığını qeyd edən Miçotakis, Yunanıstanın zəlzələdən zərər çəkmiş bölgələrin yenidən qurulması səylərində qonşu ölkə olaraq üzərinə düşən vəzifəni yerinə yetirəcəyini də bildirdi.

Tribuna.az