YUNAN BAŞ NAZİR: “TÜRKİYƏ İLƏ FİKİR AYRILIĞI OLSA DA…”

YUNAN BAŞ NAZİR: “TÜRKİYƏ İLƏ FİKİR AYRILIĞI OLSA DA…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken Afinada Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə görüşüb.

Tribuna.az “GazeteDuvar”a istinadən xəbər verir ki, Ankarada prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdükdən sonra Yunanıstana gedən Blinken paytaxt Afinada Miçotakis tərəfindən qəbul edilib.

Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Blinken ABŞ və Yunanıstan arasında Strateji Dialoq prosesinin 4-cü raundunun başlaması münasibətilə Afinaya səfər etdiyini bildirib.
Blinken qeyd edib ki, bu proses ikitərəfli səviyyədə əlaqələri gücləndirir.

Baş nazir Mitsotakis, “Türkiyədən gəldiyinizi bilirəm. Qonşumuzun başına gələn bu humanitar fəlakətdən hamımız çox kədərlənirik. Biz yardım üçün axtarış-xilasetmə qrupu göndərən ilk ölkə olduq” deyib.

Zəlzələ fəlakətinin türk və yunan xalqları arasındakı dərin bağı sübut etdiyini bildirən Mitsotakis, “Bizim mühüm və böyük siyasi fərqlərimiz ola bilər, amma xalqlarımız arasında bağlarımız var. Ümid edirəm ki, bizim əlaqələrimizi yaxşılaşdırmaq üçün fürsət yaranacaq” deyib.

Blinkenin sabah Yunanıstanın xarici işlər naziri Nikos Dendias və Yunanıstanın əsas müxalifət partiyası Radikal Sol Alyansın lideri Aleksis Tsiprasla görüşəcəyi gözlənilir.