Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 281 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 88, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 81, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.









