YOLLAR TIXAC, AVTOBUS, METRO BASABAS… BAKINI FƏLAKƏT GÖZLƏYİR…

YOLLAR TIXAC, AVTOBUS, METRO BASABAS… BAKINI FƏLAKƏT GÖZLƏYİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında metronun “28 May” stansiyasında dəhşətli sərnişin sıxlığı müşahidə olunurdu. Xüsusilə “Dərnəgül” stansiyası istiqamətində gedənlər əziyyət çəkib. Qatarlar və platforma sərnişinlərlə dolu olduğundan nə qatarlara minmək, nə də vaqondan düşmək mümkün olmayıb.

Tribuna.az-ın məlumatına görə, yol-nəqliyyat mütəxəssisləri yollarda yaranmış sıxlığı azaltmaq üçün şəxsi avtomobillərdən imtina edib ictimai nəqliyyata üstünlük verməyi məsləhət görürlər. Gün ərzində metro və avtobuslarda müşahidə olunan belə dəhşətli sıxlıq sübut edir ki, yollarda yaranmış tıxaca səbəb avtomobil çoxluğu yox, yolların darlığı, düzgün parklanmama, alternativ yolların olmamasıdır.
Metro və avtobuslarda yaranmış sıxlığın səbəbi isə alternativ ictimai nəqliyyat vasitələrinin olmaması, xəttə əlavə avtobus buraxılmaması, stansiya saylarının azlığıdır.
Mütəxəssislərin fikrincə, bu cür problemlərin əsasə səbəbi yeni metro stansiyalarının tikilməməsi, tramvay xəttlərinin olmaması, avtobusların hərəkəti üçün zolaqlarda hərəkətin mümkünsüzlüyü, yolları genişləndirmək istəməmələri, Bakı ətrafı ərazilərə metro xəttlətinin çəkilməməsidir.

Şəhərdə insan sayı bu şəkildə durmadan artsa və qarşısı alınmasa, yollarda və ictimai nəqliyyatda problem fəlakət həddinə çatacaq.

Nigar