Hatayda bir məhəllənin zəlzələdən heç təsirlənmədiyi məlum olub.
Bakupost.az bildirir ki, Kahramanmaraşda baş verən iki güclü zəlzələdən sonra Türkiyə yaralarını sağaltmağa çalışır.
Dağıntılar altında qalan insanların axtarışları davam edir.
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra yerlə-yeksan olan Hatayın bir məhəlləsində heç bir evin dağılmadığı üzə çıxıb.
Antakyanın mərkəzi rayonu, Ekinci məhəlləsində hündürmərtəbəli binaların olmasına baxmayaraq, heç bir bina dağılmayıb. Sadəcə olaraq, bəzi evlərin damlarına yüngül ziyan dəyib, çatlar yaranıb.
Həmin məhəllə dronla havadan görüntülənib.













