Rusiyanın paytaxtı Moskvada Yeni il şənlikləri və atəşfəşanlıq ləğv olunmasına baxmayaraq, tur şirkətləri sözügedən şəhərə bayram səfərləri təşkil edir.
Tribuna.az xəbər verir ki, Moskvanın məşhur otel və restoranları bu qadağaya əhəmiyyət verməyərək bayram tədbirləri təşkil edir. “Q-Block Capsule” otelində 3 günlük bayram tətili və Qala gecədə iştirak bir nəfər üçün 766 dollardan başlayır. Bu pula gediş-gəliş biletləri, oteldə gecələmə və səhər yeməyi daxildir.
“AZIMUT” otel Yeni il tədbirini 878 dollara, “Radio” 976 dollara, “Hilton Moscow Leningradskaya” otel 1089 dollara, “The Rooms Boutique” isə 1161 dollara təşkil edir. Qiymət bir nəfər üçün nəzərdə tutulub.
Xatırladaq ki, Moskva meri Sergey Sobyanin verdiyi açıqlamada bildirmişdi ki, Moskva bu il atəşfəşanlıqdan və böyük konsertlərdən imtina edəcək, atəşfəşanlıq olmayacaq.
Bu il Moskvada Yeni il tədbirləri yalnız hərbçilərə həsr olunacaq.
Nigar









