YENİ İL BAYRAMI İLƏ BAĞLI ƏHALİYƏ XƏBƏRDARLIQ

YENİ İL BAYRAMI İLƏ BAĞLI ƏHALİYƏ XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxınlaşmaqda olan Yeni il bayramı tərbirləri ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi əhaliyə, yeni il şənliklərinin keçiriləcəyi məkanların rəhbərlərinə müraciət edib.

Tribuna.az xəbər verir ki, nazirlik əhaliyə və restoran sahiblərinə aşağıdakı qaydalara riayət etmələrini məsləhət görüb:

– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
– ağac tezalışan oyuncaqla bəzədilməməli;
– qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:
– şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
– şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
– pəncərədə dəmir barmaqlıq olmamalı;
– məkanın iki çıxışı olmalı;
– ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
– ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
– təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
– otağın qapıları mütləq bayıra açılmalı;
– məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
– şənlikdə işıq tam söndürülməməli;
– şənliyə tezalışan materialdan paltar geyinilməməli;
– məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Nigar