Prezident İlham Əliyevin Azərbaycan televiziyasına verdiyi müsahibə kifayət qədər ciddi məqamlarla yadda qaldı. Onlardan biri də Əliyevin “Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər” fikirləri idi. Prezidentin bu açıqlaması Qarabağdakı separatçılara açıq mesajdır. Sülhə doğru qarşı tərəfdən addım atılmırsa, Azərbaycan tərəfi hərbi əməliyyatlarla bu prosesi yaxın günlərdə tənzimləyə bilər. Prezidentin bu sözləri də məhz bundan xəbər verir.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev ölkə başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi zamanı verdiyi müsajlar barədə danışarkən deyib. Ekspert bildirib ki, Əliyevin fikirləri artıq rəsmi Bakının səbr kasasının daşdığından xəbər verirdi:
“Rəsmi Bakı artıq reinteqrasiya prosesinin başladığını elan edib və artıq neçənci dəfədir ki, Prezident Adminstrasiyası görüşlə bağlı təklif də göndərib. Azərbaycan tərəfi həmişəki kimi hümanizm nümayiş etdirir, sülh prosesinə sadiqliyindən irəli gələrək erməni icması ilə Xankəndidə görüşdü. Təbii olaraq növbəti görüşün də Bakıda olmasını tələb edir. Ancaq separatçılar az qala hər təklifi rədd edir və prosesi manipuyasiya etməklə məşğuldurlar.
İlham Əliyevin bu fikirləri rəsmi Bakının səbr kasasının daşdığına dəlalət edir. Prezident də bildirdi ki,separatçıların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşamağı qəbul etməlidilər, ya da bu torpaqlardan çıxmalıdılar.
Faktiki olaraq Qarabağdakı rejim oradakı erməni əhalisini əsir saxlayıb. Onların reinteqrasiya prosesinə maneə törədirlər. Azərbaycan tərəfi bütüb nunları yaxşı başa düşür. Sülh Azərbaycanən ən böyük istəyidir və bunun üçün əlimizdən gələni etdik. Ancaq sülhə doğru qarşı tərəfdən addım atılmırsa, Azərbaycan tərəfi hərbi əməliyyatlarla bu prosesi yaxın günlərdə tənzimləyə bilər. Prezidentin bu çıxışı da məhz bundan xəbər verir”.










