Separatçılar “Dəmirli” və “Qızılbulaq” yataqlarını qanunsuz istismar edən “Base Metal” şirkətinin fəaliyyəti ilə bağlı beynəlxalq ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəliblər. Buna qədər isə qeyri-qanuni hasilatı müvəqqəti dayandırmaq qərarına gəliblər. Bu heç bir halda şirkətin Qarabağdakı qanunsuz fəaliyyətini dayandırmaq və ya araşdırmaq üçün edilən təşəbbüslər deyil.
Tribuna.az xəbər verir ki, bu barədə siyasi şərhçi yeganə hacıyeva bildirib. O qeyd edib ki, bu, şirkətin Azərbaycanın ressurslarını qeyri-qanuni istismarını və ekoloji cinayətlərini legitimləşdirmək cəhdi ilə atılan addımdır və təşəbbüslər Ruben Vardanyanın özündən qaynaqlanır:
“Vardanyan 90-cı illərdə Rusiyada quldur yollarla mülkiyyətini ələ keçirdiyi biznesmenlərlə Azərbaycanı səhv salıb”.
Nigar
Tribuna.az









