Hər il yaşayış minimumunun dəyəri parlamentdə təsdqilənir. İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, burda vacib olan bir detal var ki, hökumətin yaşayış minimumunun dəyərini ümumi göstərici kimi təsdiqləməklə yanaşı ərzaq, qeyri-ərzaq və xidmətlər səbətinin dəyərini də ayrıca müəyyən etməsi lazımdır. Məsələn, 2023-cü il üçün təqdiqlənən 246 manatlıq yaşayış minimunun neçə %-ni ərzaq təşkil edir?
Tribuna.az xəbər verir ki, bunun açıqlanmaması düzgün deyil. Ekspert bildirib ki, ötən il ərzaq inflyasiyası rəsmi rəqəmlərə görə 20%-i ötmüşdü. İndi nədən bilmək olar ki, ərzaq səbətini dəyəri bu rəqəmə uyğun indeksasiya olunub?:
“Yaşayış minimumunun dəyərini həm ayrıca götürülmüş fərd, həm də ailə timsalında da təsdiqləmək lazımdır. Çünki ailədə fərdlər artdıqca, dəyər də dəyişir.
Türkiyənin rəqəmlərindən baxanda, bizdə yaşayış minimunun dəyərinin obyektiv reallığı əks etdirmədiyi görünür. Hazırda Türkiyədə 4 nəfərlik standart ailə (2 nəfər əmək qabiliyyətli, 2 nəfər uşaq) üçün minimum ərzaq səbətinin aylıq dəyəri 720 manat, yaşayış minimunun ümumi dəyəri isə 240 manatdır. Bizdə eyni tərkibdə 4 nəfərlik ailə üçün yaşayış minimumu 935 manat, Statkomun qidanın istehlakdakı 52%-lik payını nəzərə alsaq, minimum ərzaq səbətinin dəyəri təxminən 500 manatdır.
Razıyam ki, Türkiyədə kommunal xidmətlərin və nəqliyyatın dəyəri bizdən xeyli yüksəkdir və xidmət səbətinin dəyəri bizdən orta hesabla 2-3 dəfə baha ola bilər.
Amma manat ifadəsində götürsək, ərzaq və geyim bizdən o qədər də fərqlənmir”.
Bu baxımdan iqtisadçı hesab edir ki, 1 ailənin yayaşış minimunun dəyəri arasında az qala 3 dəfəlik fərq real deyil, səbəb bizdəki doğru olmayan hsesablamadan qaynaqlanır.










