YAPONİYADA XALQ SIĞINACAQLARDA GİZLƏNDİ, ŞİMALİ KOREYA RAKET ATDI

YAPONİYADA XALQ SIĞINACAQLARDA GİZLƏNDİ, ŞİMALİ KOREYA RAKET ATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın yeni raket sınağı Yaponiyada təşviş yaradıb. Ölkənin şimalındakı Hokkaydo adasında insanlar sığınacaqlarda gizlənib.

Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Yaponiyada həyəcan təbili çalılıb.

Şimali Koreya raket sınaqları ilə bölgədəki gərginliyi bir daha artırıb. Raketin Yaponiya istiqamətində buraxılması Yaponiyada panikaya səbəb olub.

Hokkaydo adasında sirenlər səslənib, səsucaldanlar bunkerlərə daxil olmağa səsləyib. Lakin Şimali Koreyanın atdığı ballistik raket Yaponiyaya çatmayıb. Raketin Şimali Koreya ilə Yaponiya arasında Yapon dənizinə düşdüyü açıqlanıb.

Qeyd edək ki, Yaponiya, Cənubi Koreya və ABŞ Şimali Koreyanın sınağına reaksiya verib.