ABŞ-da 2022-ci ilin avqust ayından bəri naməlum uçan obyektlərin (UFO) aşkarlanması ilə bağlı 500-dən çox hadisə qeydə alınıb.
Tribuna.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir.
Hesabata görə, bunlardan 26-sı pilotsuz uçuş aparatı (PUA), 163-ü isə “şar və ya şara bənzər obyekt” kimi səciyyələndirilib.
Bu qeyri-səciyyəvi PUA-ların bəziləri qeyri-adi uçuş xüsusiyyətləri və ya əməliyyat imkanları nümayiş etdirib və əlavə təhlil tələb edir. –
Məlum olur ki, naməlum obyektlərlə bağlı yeni xəbərlərin əksəriyyəti ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin operativ vəzifələrini yerinə yetirərkən şahidi olmuş pilot və operatorlarından gəlib.









