“Yad kişinin arvadımla belə davranışı məndə qısqanclıq yaratdı” — Sumqayıtda şok olayın təfərrüatı

“Yad kişinin arvadımla belə davranışı məndə qısqanclıq yaratdı” — Sumqayıtda şok olayın təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 1983-cü il təvəllüdlü Əkbər ailə münaqişəsi zəminində həyat yoldaşı Nərminə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Əkbərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nərmin ilə 2011-ci ildə evlənib:

“Birgə nikahdan 3 azyaşlı övladlarımız var. Həyat yoldaşım adını bilmədiyim sexdə işləyib. Hadisədən bir neçə gün əvvəl onun işlədiyi yerə getdim, həmin sexdə işə düzəldim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin günü günorta yeməyinə qədər orada işləyib:

“Günorta yeməyi zamanı həyat yoldaşımın iş yoldaşı olan 1 nəfər yeməyi gətirdi. Həyat yoldaşımın qabağına qoymaqla israrla yeməsini istədiyindən yad kişinin arvadımla belə bir davranışı məndə qısqanclıq yaratdı. Yoldaşımdan tələb etdim ki, işdən çıxsın. Yoldaşım bildirdi ki, Rasim adlı şəxs işdən çıxıb. Bunu deməklə Nərmin məndə rahatlıq yaratmaq istədi. Lakin sonradan Rasimin işdən çıxmadığını, həmin sexdə yenə də işlədiyini öyrəndim. Düşündüm ki, bununla bağlı yoldaşım məndən nəsə gizlədir. Bu məndə qısqanclıq hissini bir qədər də oyatdı”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü, saat 20.30-da bir qədər spirtli içki qəbul edib və evə gəlib:

“Həmin məsələ ilə əlaqədar qısqanclıq zəmnində evdə aramızda mübahisə baş verdi. Həyat yoldaşımdan nəyə görə mənə yalan danışmasını, məni aldatmasını soruşdum. Nərmin mənimlə kobud danışaraq üstümə acıqlandı. Buna görə də  əsəbləşdim, əvvəlcə onun saçından tutdum və sonra əlim ilə onun sağ qulaq, boynunun arxasına iki dəfə zərbə endirdim. Bundan sonra Nərmin əlimdən çıxaraq dəhlizə qaçdı. Mən də qonşulardan ayıb olduğu üçün onun arxasınca çıxmadım. Sonradan bildim ki, həyat yoldaşım barəmdə 3-cü polis bölməsinə şikayət edib”.

Əkbər əməlindən peşman olduğunu deyib. Bildirib ki, fəhlə işləyir, qazancı ailəni dolandırmağa çatmadığı üçün 200 manat sosial yardım alır.

Cinayət işi üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, Əkbər həddindən artıq spirtli içkiyə meyilli şəxsdir:

“Mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlib, əsaslı bir səbəb olmadan mənimlə mübahisə edib. Yenicə Sumqayıt şəhəri ərazisi olmaqla, yerləşdiyim yeri bilmədiyim qapı sexində “şkulka”çı kimi işə düzəldim. Həyat yoldaşı xaraktercə qısqanc biri olduğundan ondan da həmin sexə işə düzəltməyini istədim. Mən də bu barəd sex rəhbərliyinə bildirdim və razılıq verdilər”.

Zərərçəkmiş şəxs bildirib ki, Əkbərin ilk iş günü olu

b: “İşdə günorta yeməyi zamanı iş yoldaşım Rasim qadınlara bildirdi ki, biz mətbəxdə əyləşək, gətirib bizim yeməyimizi verəcəkdir. Bildirdim ki, həyat yoldaşım burdadır, onun xasiyyəti pisdir. Rasim də bildirdi ki, təkcə sənə yemək gətirmirəm, 10 nəfər qadının hamısına gətirirəm. Bundan sonra razılaşdım. Rasim mənim də qabağıma yemək gətirərək qoydu. Bu məsələ həyat yoldaşımın xoşuna gəlmədi. Buna görə iş yerimdə Rasimlə mübahisə etdi. Bu səbəbdən də Rasim 2-3 gün işə gəlməyib. Mən də həyat yoldaşıma dedim ki, Rasim artıq işdən çıxıb. Lakin 3-4 gün sonra yenidən işə qayıtdı. Onun işə qayıtması haradansa həyat yoldaşıma məlum oldu”.

Nərmin deyib ki, hadisə günü, saat 20.30-da Əkbər sərxoş vəziyyətdə yaşadıqları evə gəlib. Rasimin işə qayıtdığını bildirdi. Mənim onu aldatdığımı dedi. Qısqanclıq zəmnində aramızda mübahisə baş verdi. Mübahisə zamanı Əkbər üstümə hücum etdi, saçımdan tutaraq yoldu. Həmçinin yumruqla sağ qulaq və boynumun arxa nahiyəsinə güclü zərbələr vurdu. Mən də çətinliklə onun əlindən çıxaraq “kolidor”a qaçdım. Məni dəqiq görmədiyim hansısa qonşu yataqxananın dəhlizində saxladı. Bundan istifadə edərək həyətə düşərək gizləndim. Bir müddət sonra isə 3-cü polis bölməsinə gəldim. Bu barədə həyat yoldaşımdan şikayət etdim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Əkbər 240 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilib.