“XOCƏSƏN” STANSİYASI İLƏ BAĞLI MARAQLI TƏKLİF… YOLLARDA SIXLIĞI BU CÜR AZALTMAQ OLAR

“XOCƏSƏN” STANSİYASI İLƏ BAĞLI MARAQLI TƏKLİF… YOLLARDA SIXLIĞI BU CÜR AZALTMAQ OLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhərətrafı ictimai nəqliyyatla “Xocəsən” stansiyanın fəaliyyəti yaxşı əlaqələndirilsə, Bakının şimal-qərb istiqamətində, xüsusən də Avtovağzal, Şamaxinka və “20 Yanvar” metrosu tərəflərdə nəqliyyatın hərəkətinə, az da olsa, müsbət təsirini görə bilərik.

Tribuna.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. O qeyd edib ki, vaxtilə metronun “Avtovağzal” stansiyası istifadəyə veriləndə (19 aprel 2016-cı il) Şamaxinka, “Memar Əcəmi” və “20 Yanvar” metro stansiyaları tərəflərdə bir qədər yüngülləşmə olmuşdu. Lakin ictimai nəqliyyatdakı son illərin durğunluğu və geriləmə həmin yerlərdə vəziyyəti 2016-cı ildən əvvələ və hətta daha gərgin səviyyəyə qaytarmışdı:

““Xocəsən” stansiyasının istifadəyə verilməsi də vəziyyəti hiss edilən dərəcədə yaxşılaşdıra bilər. Bunun üçün stansiyanın yanında Nəqliyyat mübadilə mərkəzi yaratmaq zəruridir. Lökbatandan (o cümlədən “Sədərək”, “Binə” və “Meyvəli” TM-lərindən) Ələtədək, şimal-qərb istiqamətində isə Sulutəpədən Pirəkəşkülədək, habelə Xırdalanın qərb tərəfindən sərnişin axınını bu stansiyaya yönəltmək lazımdır. Bunun üçün müəyyən marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilməlidir, stansiya ətrafındakı yollarda və oraya gətirən yollarda hərəkətin təşkilində ciddi dəyişikliklər edilməlidir. Düşünürəm ki, bundan sonra göstərilən istiqamətdən müntəzəm olaraq sərnişin daşıyan taksilərin də bəziləri tədricən “Xocəsən” stansiyasını seçəcək”.

Ekspert bildirib ki, belə edilsə, Metropolitenin Bənövşəyi xətti üzrə indiki hərəkət qarafiki (qatarlar arasında intervalın 8 dəqiqə olacağı deyilir) də Şamaxinkadakı və “20 Yanvar” zonasındakı sürəkli tixaclardan daha cazibədar olacaq:

“Perspektivdə isə “Xocasən” stansiyası yaxınlığındakı dəmiryol üzərində şəhərətrafı qatarlar üçün stansiya tikmək, Lökbatan-Ələt istiqamətində şəhərətrafı qatarlarala səmərəli sərnişin daşıma təşkil etmək lazımdır. Bənövşəyi xəttin “8 Noyabr” stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlar arası intervalın azaldılması da çox vacibdir”.

Tribuna.az