Xersonda rus dronu meyvə satıcısına hücum etdi – Video

Xersonda rus dronu meyvə satıcısına hücum etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xerson şəhərində meyvə satan mülki şəxs Rusiya ordusuna məxsus FPV-dronun hücumuna məruz qalıb.

Tribuna.az xəbər verir ki, hadisə avqustun 4-də səhər saatlarında şəhərin Mərkəzi rayonunda, bazar ərazisində baş verib. Məlumata görə, dron satıcını bir müddət izləyib və daha sonra onun üzərinə hücum edib. Hadisənin görüntüləri Ukrayna Milli Polisi tərəfindən yayımlanıb.

Hücum zamanı 52 yaşlı kişi yaralanıb. Ukrayna polisi onun Nikolayev vilayətinin sakini olduğunu bildirib. Zərərçəkən partlayış travması, qəlpə yaraları və kontuziya alıb.

Görüntülərdə pilotsuz uçuş aparatının bazarda olan kişini təqib etdiyi, onun isə avtomobilin arxasında gizlənməyə çalışdığı görünür. Daha sonra dron yaxınlıqda partlayır.

Gülşən Rəsul