Ukraynanın əks hücumları yeni silahlarla təchiz edilməsi, noyabrda Xersonun azad ediləcəyi gözlənilən idi. Çünki Rusiya ordusu döyüşə bilmir, elit qüvvələri məhv edilib, səfərbərliklə orduya cəlb olunanların döyüş qabiliyyəti aşağıdır.

Tribuna.Az xəbər verir ki, bu sözləri siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib. Rusiya-Ukrayna cəbhəsində son baş verənləri dəyərləndirən ekspertin sözlərinə görə, artıq Rusiya ordusu Xersonu boşaldır. Hücumun uğurlu alınmasında Ukraynaya verilən hücum əmri və öldürücü silahlar, həmçinin Ukrayna qoşunlarının döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasıdır:
“Xersondan sonra növbəti hücum istiqaməti Mariupol olacaq. Mariupol və Zaparojye tam azad edildikdən sonra hücum Krım olacaq. Ondan sonra intensiv danışıqlar başlayacaq. Rusiya və Ukrayna arasında vasitəçi Türkiyə deyil, arxa fonda Vaşinqton olmaqla Kiyev və Moskva birbaşa danışıqlar aparacaq. ABŞ, Türkiyənin vasitəçiliyinə imkan verməyəcək”.
Nigar









