Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 467 müraciətçinin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bəs görəsən, problemin kökündə nə dayanır? Qiymətləndirmə obyektiv deyil, yoxsa günah tələbələrdir?
Mövzu ilə bağlı Tribuna. az – a danışan təhsil eksperti Elçin Süleymanov deyib ki, problemin bir çox səbəbləri var. Onun sözlərinə görə, hazırda məlumatların yoxlanılması asan olduğu üçün sözügedən məsələdə diqqətli olmaq lazımdır:
” Xaricdə təhsil alanların diplomlarının tanınması proseduru Azərbaycanda da əksər qabaqcıl ölkələrdəki kimidir. Burda imtina əsasən obyektiv səbəblərə görə olur. Məzun olunan universitetin legal olmaması və ya məzunun o ölkədə olmasına və orda oxumasına şübhə yarandıqda imtina verilir ki, hazırda bu məlumatların yoxlanılması çox rahatdır. Həmçinin distant təhsil alan zaman diplom tanınmır.
Oktayabr ayındakı statistika əvvəlki statistikalara bənzərdir. Müraciətlərin təxminən 10-15 faizinə imtina normaldı”









