Ermənistandandan Şuşaya və Şuşa ətrafina daxil olan, hazırda nəzarətsiz olan 3-cü və 4-cü alternativ yollar var. Araba, UAZ, NİVA və digər avtomobillərin, o cümlədən yüklü at və eşşək keçə bilən yerüstü və yeraltı gizli yollar var. Bu yollar Şuşanın Qala Dərəsi kəndindən başlayır Şuşaya çatmamış İsa Bulağının üstündə yerə batır və Şuşada üzə çıxır.
Tribuna.az yazır ki, bu barədə məlumatı 1992-ci ilin mayında Şuşanın işğalı zamanı kəşfiyyat tağımının komandiri olmuş, ehtiyatda olan polkovnik Azay Kərimov öz “Facebook” səhifəsində paylaşıb. O qeyd edib ki, həmin yol Xan qızı Natəvan yolu da deyilir, Karvan yolu da deyilir:
“Eni 4 metrdi. Laçın dəhlizindən 5-6 km aralıdı, yəni eninə məsafə var.
Mən bu yolu Qala Dərəsindən tutmuş Şuşaya qədər piyada gəlmişəm. Bu gun Şuşaya gələn və içdiyiniz, işlək vəziyyətində olan Xan qızı Natəvan bulağı bu yolla gəlir. Vaxtı ilə Şuşaya gələn təbii Turşu su bulağı bu yolla gəlirdi. Yolun eni 4 metr, bəzi hallarda 5 metrdi. Laçın koridori eninə 5 km məsafədə olmaqla əlinin içindədi. Bu yol ekoloqların yanına çatmamış yerin dibinə batır və birdə Şuşadan çıxır”.
A.Kərimov qeyd edib ki, o sözügedən istiqamətdə olan 4-cü yolu da açıqlamağa hazırdır və bunun üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin qəbuluna düşməsini xahiş edir.










