XANKƏNDİDƏ RUS SSENARİSİ POZULUR: NİKOL VƏ ARAİK RUBENƏ QARŞI…

XANKƏNDİDƏ RUS SSENARİSİ POZULUR: NİKOL VƏ ARAİK RUBENƏ QARŞI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcili yardım maşını ilə Qarabağdan qaçmağa hazırlaşan dələduz Ruben Vardanyan İrəvanda hakimiyyəti ələ keçirə bilər. Tribuna.az bildirir ki,
Ermənistan baş naziri Nikol Paşinyan və qondarma rejim rəhbəri Araik Arutyunyan ittifaq bağlayaraq Rusiya agenti Ruben Vardanyanı istefaya məcbur etmək üçün ekoloqların aksiyasından istifadə etməyə qərar veriblər.
Hətta Araikin rəhbərliyi ilə başlayan kabinet toplantısının gündəmində cəmi bir məsələ qoyulub: Vardanyanın istefası.
Çünki Ermənistanda, Qarabağda, Amerikada və Fransada, bir sözlə, qlobal erməniçilik təbliğata başlayıb ki, blokadanı quran Rusiyadır və Vardanyan da sözügedən ölkənin nümayəndəsi olaraq, həmin postda qala bilməz. Ekspert Əziz Əlibəyli hesab edir ki,
buna görə də əllərinə keçən fürsəti imkana çevirən Araik və komandası dərhal Rubeni məhv etmək üçün Azərbaycanın da mövqeyini əsas tutaraq addım atmağa çalışıblar.
Hətta iclas başlayana qədər Ruben Vardanyan da istefaya razı imiş, lakin son anda Moskvadan gələn təlimatla Vardanyan istefa fikrindən yayınıb.
Məlum olub ki, Rusiya Azərbaycanla sülh müqaviləsini sabotaj etmək üçün Vardanyanı qorumaq fikrinə düşüb.
İkinci mərhələdə isə
Vardanyanın dəstəyi yalnız Rusiya, düşməni isə Ermənistan, Azərbaycan, Qərbdir.
Ekspert qeyd edir ki, ilkin təxminlərə görə Nikol Paşinyan son dəfə verdiyi Qarabağ Azərbaycandır tipli açıqlamalarla Ruben Vardanyanın eyni zamanda fiziki varlığını da məhv etməyə yönəlik addımlar atmaq üçün Azərbaycana pas atıb.
Rusiya bu gün Vardanyanı qoruyub, saxlaya bilsə, bir neçə ay sonra İrəvanda başlayacaq inqilabın lideri, qara dövriyyə dünyasının lideri, çirkli pulların yuyulması üzrə mütəxəssis Ruben Ermənistanın yeni baş naziri olacaq.
İndi gəlin görək, bu plana Nikol hansı alternativlərlə cavab verəcək.

Tribuna.az