XANKƏNDİDƏ MİTİNQLƏR BAŞLADI, RUSİYA PROSESİ 80-LƏRƏ QAYTARIR – EKSPERTLƏRİN BAXIŞI

XANKƏNDİDƏ MİTİNQLƏR BAŞLADI, RUSİYA PROSESİ 80-LƏRƏ QAYTARIR – EKSPERTLƏRİN BAXIŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhməramlıların mandatının uzadılmasına Paşinyan qərar verə bilməz. Qarabağ Azərbaycandır. Əgər Nikol həmin sənədə imza atarsa Qərbi Zəngəzurun aqibətini düşünməli olacaq”. Bu fikirləri TİA.Az-a politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Paşinyanın belə bir təkliflə çıxış etməsi onun necə sürüşkən və etibarsız danışıqların tərəfi olduğunun göstəricisidir: “Digər tərəfdən, Azərbaycan bir şərtlə müəyyən məsələlərə baxa bilər. Müəyyən istəklərin müqabilində – Ermənistan rəsmi şəkildə Qarabağa iddiadan əl çəkir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsa, deməli Qarabağla bağlı daxili auditoriyanın gözündən pərdə asmaq üçün sülhməramlıların bölgədə daha 10- 20 il qalması bəyanatını səsləndirir. Onun məqsədi bəllidir. Qarabağla bağlı qeyri- müəyyən vəziyyətin gələcəyə saxlanılması”.

Siyasi şərhçi Asif Nərimanlı isə qeyd edir ki, Paşinyanın açıqlamalarından haqqında müəyyən təsəvvür yaranan Qərb və Rusiyanın “təklifləri”nin heç biri Azərbaycan üçün tam məqbul deyil: “Qərb “Xankəndi-Bakı mexanizmi”nə dəstək verir və bu, separatçıları “tərəfə” çevirə, o cümlədən, “etnik münaqişə” məsələnini yenidən aktuallaşdıra bilər. Rusiya Qarabağda daha uzunmüddətli qalmaq məqsədilə “qarant” olmaq və separatçıların müdafiəsini davam etdirmək niyyətindədir.


Əvvəl də yazdığımız kimi, Ermənistan müharibədən sonra razılaşmaların icrasını uzatmaqla geosiyasi proseslərin dəyişməsinə ümid edirdi. Hazırda bu dəyişikliyi müşahidə edirik və zaman bizim əleyhimizə işləyir. Xankəndidəki separatizmə qarşı daha praktiki addımlara ehtiyac var, hərbi müstəvidən tutmuş həyat şərtlərinin çətinləşdirilməsinə qədər. Separatçılar mitinqə hazırlaşır: qondarma “parlament” rejimin gələcək mövcudluğu haqda iclas keçirəcək, daha sonra meydanda çıxış edəcəklər. 1988-ci ilin separatizm hərəkatının başlandığı hadisələrin analogiyası müşahidə edilir və aydın görünür ki, “Qarabağ münaqişəsinin” “etnik münaqişə” kimi davam etdirilməsi planını icra etmək cəhdləri var”.

TİA.Az