Keçmiş ‘Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovun vasitəsilə Özbəkistanda özübə biznes qurub.
Tribuna.az xəbər verir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.
O bildirib ki, Qorxmaz Hüseynovun vəzifəsindən uzaqlaşdırılmasından 2 il sonra, yəni 2023-cü il avqustun 3-də Namiq Cəbrayılov Daşkənddə 60 faiz pay hüququ ilə “ROSWELL CAPITAL” MMC (“ROSWELL CAPITAL” mas`uliyati cheklangan jamiyati xorijiy korxona) təsis edib. “4 milyard 382 milyon 307 min 700 özbək somu nizamnamə kapitalı ilə təsis edilən şirkət Daşkənddə bina tikintisi ilə məşğul olub”.
Həsənli yazıb ki, həmin ilin oktyabrında Qorxmaz Hüseynovun qaynı Azərbaycanda rəhbəri olduğu “HİDRO İNŞAAT SERVİS” MMC şirkətinin təsisçiliyi ilə Daşkənddə daha bir şirkət təsis edib. “22 milyard 190 milyon 960 min 500 som nizamnamə kapitalı ilə qeydiyatdan keçmiş “URDC” xarici şirkət statusu ilə (“URDC” MCHJ xorijiy korxona) yaşayış binalarının tikintisinə başlayıb”.
Fərda Uğur









