Qarabağda olan 100-dən bir az çox insan çölə çıxsa, bütün yalanlar ifşa olacaq. Erməni diaspor nümayəndələrinin “Bakı 120 min erməniyə qarşı humanitar təzyiq göstərir” qışqırıqları da puça çıxacaq.
Tribuna.az-ın məlumatına görə, bu barədə erməni politoloq Armen Baqdasaryan danışıb. Politoloq əlavə edib ki, Azərbaycan tərəfinin aksiyasına Xankəndidən heç kəs şüar səsləndirməyib:
“Bütün dünya bizdən danışır, amma Qarabağda yaşayan ermənilərin səsi çıxmır. Bəs deyirsiziniz, Qarabağda 120 min erməni yaşayır. Hanı bu qədər erməni, niyə səsləri çıxmır? Niyə bir şüar səsləndirmirlər?
Çünki Qarabağda erməni qalmayıb, hamı qaçıb canını qurtarıb. Yarısı xaricə qaçıb, yarısı da İrəvana. İndi orada heç min nəfər də yoxdur. Olsaydı, narazılıqlarını bildirərdilər. Səsləri çxımırsa amma”.
Tribuna.az









