Qarabağda ermənilərin iddia etdiyi kimi 120 min əhali yaşamır. Xankəndidə yaşayan ermənilərin sayı 11-12 mindən çox deyil.
Tribuna.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Vəliyev yazıb. O qeyd edib ki, seçici siyahıları üzrə hesablamalarımızı, müharibədən sonra qayıdan ermənilərin sayını tutuşdursaq Qarabağda yaşayan ermənilərin sayının 24-26 min civarında olduğunu iddia etmək olar:
“Bir daha təkrar edirik ki, Qarabağda ermənilərin iddia etdiyi kimi 120 min deyil, milyon nəfər də yaşasa belə Azərbaycanlı eko-fəalların, QHT-çilərin, media təmsilçilərin tələblərinin bu saya heç bir aidiyyatı yoxdur”.
Nigar
Tribuna.az










