XANKƏNDİDƏ AZƏRBAYCANIN TƏCİLİ YARDIM MAŞINI…  BU HANSI MESAJI VERİR?

XANKƏNDİDƏ AZƏRBAYCANIN TƏCİLİ YARDIM MAŞINI… BU HANSI MESAJI VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın təcili tibbi maşınının Xankəndinə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımından diqqətçəkən detaldır. Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir.

Tribuna.az yazı ki, bu barədə danışan siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görür və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır:

“Ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. Bu baxımdan, Xankəndidə Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir”.