Erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qalıblar. Tribuna.az yazır ki, qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb. Politoloq Elxan Şahinoğlu deyir ki, təzyiq nəticə verib, ancaq bu hələ başlanğıcdır, güzəştə getmək olmaz, çünki ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər. Ekspert hesab edir ki, bizim tələbimiz bu deyil, monitorinqi özümüz keçirməliyik, hətta monitorinqə şərait yaradılsa belə yolda hərbçilərimizin nəzarət postu olmalı, daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamalıdır.
Tribuna.az









