XAÇATURYAN LİTVA PREZİDENTİ İLƏ QARABAĞ VƏ LAÇIN DƏHLİZİ MÖVZUSUNU MÜZAKİRƏ EDİB

XAÇATURYAN LİTVA PREZİDENTİ İLƏ QARABAĞ VƏ LAÇIN DƏHLİZİ MÖVZUSUNU MÜZAKİRƏ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçaturyan və Nauseda ikitərəfli iqtisadi əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan və Litva prezidentləri Vaaqn Xaçaturyan və Gitanas Nausedanın görüşündə Qarabağ nizamlanması mövzusu, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmasının nəticələri müzakirə olunub. Bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ermənistan və Litva başçıları Cənubi Qafqaz regionunda baş verən prosesləri də müzakirə ediblər. Həmsöhbətlər humanitar problemlərin həllinin və problemlərin ilkin şərt olmadan həllinin birinci dərəcəli əhəmiyyətini vurğulayıblar.

Nauseda Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq, imkan daxilində regionda sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğunu bildirib.